Modern.az

Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ

Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ

Aktual

9 Aprel 2024, 14:51

Bakıda və Abşeron yarımadasında aprelin 11-dən 12-si səhərədək şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

 

Bu barədə Modern.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Azərbaycanın rayonlarında isə aprelin 10-dan 11-i günün ikinci yarısınadək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qarabağ, Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran, Naxçıvan MR, Qazax-Gəncə, Lənkəran-Astara) intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.


Qərb küləyi 11-də arabir 15-20 m/s-dək güclənəcək.


Böyük və Kiçik Qafqazın bəzi çaylarında sululuğun artımı gözlənilir.

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU