Modern.az

İran Ermənistanı niyə silahlandırır...

İran Ermənistanı niyə silahlandırır...

Aktual

10 Aprel 2024, 10:52

29 mart - 4 aprel tarixlərində SEPAH-a xidmət edən Boinq-747 yük təyyarəsi İrandan İrəvana 5 dəfə reys həyata keçirib. Erməni mediası İranın bu təyyarə ilə Ermənistana pilotsuz təyyarələr və digər silahlar ötürdüyünü yazıb. 

İran Ermənistana niyə bu cür dəstək olur?


Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, İranın Ermənistana dəstək verməsi normaldır:
 

"Əlbəttə, İran Ermənistanı silahlandırır. Çünki iki erməni dövləti bir-birinə dəstək verməyi davam etdirirlər. Ona görə də burada təəccüblü heç nə yoxdur. Ermənilərin bu birliyi, həmrəyliyi gözləniləndir. Ermənilər bir-birinə müsəlman adı ilə demə dəstək verirlər. İnsanlar hələ də bu illuziyaya ilə yaşayaraq, xilas və nicat yolunu burada axtarırlar. Verdikləri silahların sabah onların ailələri, cəmiyyət və dövlətimiz üçün faciəyə çevriləcəyini bilmirlər. Bu və ya dolayı yolla belə addımları içinə sindirənlər əslində azərbaycanlı olmaqdan daha çox, özlərinin iranlı keyfiyyətini daşıdıqlarını anlamalıdırlar".
 

Deputat hazırlıq işlərinin görülməsinin vacib olduğunu qeyd edib:
 

"Bu baxımdan biz də hazırlıq prosesini gücləndirməliyik. İstənilən səviyyədə Ermənistanın ayrı-ayrı ölkələrdən aldığı dəstəklə provakativ addımlar atmaq fəaliyyətlərinə qarşı çox ciddi hazırlığımızı aparmalı, torpaqlarımızı, ərazilərimizi qorumalıyıq".
 

Politoloq Natiq Miri  erməni mediasının İranın onlara silah göndərməsi ilə bağlı məlumatlar verməsinin səbəbini belə izah edib:
 

"Erməni mediası niyə Boinq-747 yük təyyarəsi ilə daşınan yüklərin məhz silah olduğunu yazır? Bu, əlbəttə ki, Azərbaycana mesajdır. Burada iki məqsəd var: birinci məqsəd Azərbaycanla İran münasibətlərini tamamilə korlamaq, əgər mümkün olarsa, bu prosesi hərbi toqquşmaya qədər inkişaf etdirməkdir. İkincisi intensiv silahlanmanı göstərməklə bunun Azərbaycan üçün çəkindirici məqam olmasını istəyirlər. Yəni "sizdə PUA-lar varsa, artıq Ermənistanda da var" kimi mesajlar verməklə Azərbaycanı hansısa hərbi əməliyyatlardan çəkindirmək istəyirlər.Yəni verilən informasiyanın arxasında dayanan niyyət budur".
 

N.Miri vurğulayıb ki, İran əvvəldən-axıra qədər anti-Azərbaycan prosesinin tərkibi hissəsi olub:
 

"Bu cür də davam edəcək. Hər kəs bunu bilməlidir. Əgər İran Ermənistanın ərazi bütövlüyü, eyni zamanda Zəngəzur dəhlizi ilə bağlı hansısa dəyişikliyi özününün "qırmızı xətti" sayırsa, Türk dünyasını birləşdirəcək bu körpünü açılmasına icazə verməyəcəyini açıqlayırsa, bunun bir adı var - düşmənçilik. Düşmən də həmişə sənin əleyhinə fəaliyyət göstərəcək. İranın da etdiyi budur. İran bunu gizlətmədən açıq şəkildə edir. Bu türkəfobiyadır. Saxta İran dövlətinin yaradılma səbəbidir. İrandan özünə dost düzəltmək istəyənlər özlərini aldatmaq məşğuldurlar. Bunu bilib İranla münasibətlər sistemi qurmaq lazımdır. Bu həm də onu göstərir ki, Azərbaycan Tehranda səfirliyini açmağa o qədər də tələsməli deyil".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok