Modern.az

Tarixi və real Ermənistan bir-birinə ciddi təhlükədir! - Paşinyan

Tarixi və real Ermənistan bir-birinə ciddi təhlükədir! - Paşinyan

10 Aprel 2024, 11:19

Tarixi və real Ermənistan nəinki bir-birinə uyğun gəlmir, hətta çox vaxt bir-biri ilə ziddiyyət təşkil edir və hətta bir-birinə ciddi təhlükələr yaradır.

Modern.az xəbər verur ki. bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə  hökumətin 2023-cü il dövlət proqramının icrasına dair çıxışında deyib.
 

Onun sözlərinə görə, hələ 2022-ci ildə Ermənistanın təhlükəsizliyinin təmin edilməsində əsas amilin diqqətdən kənarda qalması qeydə alınıb və bu, dövlətçiliyimizin qurulmasının ilk illərindən baş verir.
 

Paşinyan vurğulayıb ki, əsl Ermənistan 29 min 743 kvadrat kilometr ərazisi olan beynəlxalq səviyyədə tanınan ölkədir.

Baş nazir əlavə edib ki, Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisi beynəlxalq ictimaiyyət üçün yeni bir şey deyil, beynəlxalq ictimaiyyət bunu çoxdan tanıyıb və qəbul edib:

“Nə qədər paradoksal səslənsə də, uzun müddət bu faktı qəbul etməyən və dərk etməyən biz olduq”.
 

“Yalnız 2022-ci ilin sentyabr müharibəsindən sonra mən nəhayət və birmənalı olaraq əmin oldum ki, Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisi ölkəmizin qısa, orta və uzunmüddətli təhlükəsizliyinin təmin edilməsində əlavə və həlledici amil ola bilər. Həmin an siyasi-psixoloji proses başladı, bunu real və tarixi Ermənistan arasında sərhədin müəyyənləşdirilməsi prosesi adlandırmaq olar”, - deyə baş nazir əlavə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU