Modern.az

Dövlət qurumlarını hədəf alan 2,8 milyon zərərli elektron poçt bloklanıb

Dövlət qurumlarını hədəf alan 2,8 milyon zərərli elektron poçt bloklanıb

11 Aprel 2024, 10:30

Bu ilin yanvar-mart aylarında Azərbaycanda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən dövlət qurumları üçün yaradılmış dövlət elektron poçt xidmətində 7 milyon 865 min 699 elektron poçt emal edilib, onlardan 7 milyon 185 min 983-ü istifadəçilərə çatdırılıb, 679 min 716-sı zərərli tərkibli olduğu üçün blok edilib.

 

Modern.az-ın XRİTDX-nin məlumatları əsasında apardığı hesablamalara əsasən, 2023-cü ilin eyni dövrü ilə müqayisədə bloklanmış zərərli elektron poçt sayı 17 % azalıb.

 

Xatırladaq ki, 2023-cü ildə dövlət elektron poçt xidmətinə 24 milyon 756 min elektron poçt daxil olub, onlardan 24 milyon 716 mini istifadəçilərə çatdırılıb, 2 milyon 773 mini zərərli tərkibli olduğu üçün blok edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU