Modern.az

Dillər Universiteti yenidən QS reytinq cədvəlində - FOTO

Dillər Universiteti yenidən QS reytinq cədvəlində - FOTO

11 Aprel 2024, 11:42

QS 2024 sahələr üzrə dünya universitetlərinin reytinqi (QS World University Rankings by Subject 2024) açıqlanıb. Reytinqdə 104 məkandan 1559 ali təhsil müəssisəsi iştirak edib. Onlardan 64 ali təhsil müəssisəsinin iştirakı ilk dəfə qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu il reytinqin qiymətləndirmə metodologiyasında 3 əsas indikator nəzərə alınıb: davamlılıq, məşğulluq nəticələri və beynəlxalq tədqiqat şəbəkəsi.

 

Bura eyni zamanda akademik nüfuz, işəgötürənlər arasında nüfuz, istinadlar, H-indeks və beynəlxalq elmi əməkdaşlıq da daxildir. 

 

Azərbaycan Dillər Universiteti “Müasir dillər” üzrə dünyada ən yaxşı 301 - 340 universitetlər qrupuna daxil olub.

 

Reytinqin tərtibi 17,5 milyon elmi məqalənin təhlili və 240 mindən çox təhsil işçisi və işəgötürənin ekspert rəyinə əsaslanır.

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU