Modern.az

Azərbaycanın dövlət qurumlarına kibertəhdidlər 21 % azalıb

Azərbaycanın dövlət qurumlarına kibertəhdidlər 21 % azalıb

11 Aprel 2024, 13:28

Bu ilin yanvar-mart aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumlarına 252 kiberhücum indikatoru (IOC) müəyyən edib.

 

Modern.az XRİTDX-in məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, bir il əvvəlki göstəricidən 21 % azdır.

 

Kibertəhdidlərin 143-ü daxili araşdırma, 109-u isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.

 

Hesabat dövründə “AzStateNet” şəbəkəsi üzrə 259,925 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 1 milyon 230 min 900, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 56 min 792 zərərverici tərkibli elektron sənəd blok edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU