Modern.az

Hava şəraiti arabir yağıntılı olub

Hava şəraiti arabir yağıntılı olub

Aktual

12 Aprel 2024, 10:29

Milli Hidrometeorologiya Xidmətinin aprelin 12-si saat 10:00-a olan məlumatına görə, əsasən bəzi yerlərdə hava şəraiti arabir yağıntılı olub.

 

Xidmətdən Modern.az-a bildirilib ki, səhər saatlarında Şahdağda qar yağıb. Bəzi yerlərdə şimal-qərb küləyi arabir güclənib. Qar örtüyünün hündürlüyü Şahdağda 12 santimetr olub.

 

Lənkəran-Astara zonasında arabir leysan xarakterli intensiv yağış yağıb. Düşən yağıntının miqdarı Lerikdə 23 millimetr, Yardımlıda 18 millimetr, Astarada 9 millimetr, Lənkəranda 8 millimetr olub.

 

Yağıntının miqdarı Şəkidə 18 millimetr, Göygöl, Ordubad, Kəlvəz, Gədəbəy, Şahbuz, Biləsuvar, Naxçıvan, Şərur, Daşkəsən, Beyləqan, Neftçala, Şahdağ, Tərtərdə 5 millimetrədək olub.

 

Aprelin 11-də şimal-qərb küləyi arabir Şahdağ, Altıağacda 20 metr/saniyə, Bakıda və Abşeron yarımadasında 25 metr/saniyəyədək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.8 metrə çatıb.

 

Şəmkir, Ceyrançöl, Şəki, Qrız, Lerikdə duman müşahidə olunub.

 

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 16 dərəcəyədək, Naxçıvan MR-də 21 dərəcəyədək, Aran rayonlarında 22 dərəcəyədək, dağlıq rayonlarda 7-11 dərəcə isti olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi