Modern.az

Komitə rəsmiləri hərbi HİSSƏDƏ

Komitə rəsmiləri hərbi HİSSƏDƏ

Aktual

12 Aprel 2024, 12:08

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında imzalanmış birgə plana əsasən, milli-mənəvi dəyərlərimizin təbliği və hərbi qulluqçuların maarifləndirilməsi məqsədilə tədbirlər keçirilməsi davam etdirilir. Dövlət Komitəsinin nümayəndələri bir neçə hərbi hissəni ziyarət edərək burada şəxsi heyətlə görüşlər keçiriblər.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, keçirilən görüşlər zamanı Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirlərdə sağlam əhvali-ruhiyyənin yaranmasında və formalaşmasında, eləcə də gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında İslam dininin rolundan, milli-mənəvi dəyərlərimizin qorunmasında dövlətimiz tərəfindən görülən tədbirlərdən danışılıb, hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb.

 

Azərbaycan Ordusunda hərbi qulluqçuların maarifləndirilməsi istiqamətində həyata keçirilən bu cür tədbirlərinin əhəmiyyəti xüsusi vurğulanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi