Modern.az

Daha bir narkotacir tutuldu

Daha bir narkotacir tutuldu

12 Aprel 2024, 19:27

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Samid Salamov saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə, ondan 35 büküm metamfetamin, tiryək, şüşə qabda qablaşdırılmış marixuana, çətənə bitkisinin toxumları, 100-dən artıq narkotik tərkibli həb və bir ədəd elektron tərəzi aşkarlanıb.

 

Faktla bağlı Neftçala RPŞ-də araşdırmalar davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi