Modern.az

"İran daxili autoriyasını sakitləşdirmək üçün yalandan hücum hazırlayıb" - İsraildən şok AÇIQLAMA

Aktual

16 Aprel 2024, 11:49

Ötən həftə İran İsrailə yüzlərlə pilotsuz uçuş aparatları (PUA) və ballistik raketlərlə hücum edib. Hücum İsrailin İranın Suriyanın paytaxtı Dəməşq şəhərində yerləşən konsulluq binasına hücumuna cavab olaraq həyata keçirilib.

 

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrail ərazisindəki hərbi obyektləri hədəfə aldığını və hücumun uğurlu olduğunu iddia edib. İsrail ordusu PUA-ların çoxunu Suriya və İordaniya ərazilərində vurub.

 

Məlumata əsasən, İran 185 pilotsuz təyyarə və 36 qanadlı raket buraxıb. Hücumların əksəriyyəti İrandan, kiçik bir hissəsi isə İraq və Yəməndən həyata keçirilib. İndi İsrailin İrana cavab verəcəyi ilə bağlı müzakirələr aparılır.

 

Dağ yahudilərinin Tel-Əvivdəki icma rəhbəri, ravvin Şmuel Simantov Modern.az-a İsraildə son vəziyyət haqqında danışıb.

 

O bildirib ki, İsraildə hər şey öz qaydasında davam edir: “İsraildə hazırda vəziyyət öz axarı ilə davam edir. Bu gün biz xarici mətbuatda oxuyuruq ki, iki ölkə arasında müharibənin başlaması ilə üçüncü dünya müharibəsi başlamış olacaq. Amma bu, belə deyil. Bildirim ki, mətbuatda göstərilən kimi İsraildə azo yoxdur. Məktəblər, baxçalar, iş yerləri fəaliyyətini bərpa edib".

 

Simantovun sözlərinə görə, xarici mətbuatda qeyd edilir ki, İran bu hücumla bağlı olaraq Amerikaya əvvəlcədən xəbərdarlıq edib. İran da daxili autoriyasını sakitləşdirmək üçün yalandan hücum hazırlayıb. Amma bu, realllığı əks etdirmir. Heç bir dövlət öz silahını rüsvay etməz.

 

İsrail bununla bağlı olaraq əvvəlcədən məlumat vermir. Çünki biz balaca bir dövlətik, bu gün ölkənin bir başından silah atsan, digər ucuna çatar. İsrailin cavabının necə olacağını demək hələ bizim üçün tezdir. Bu gün İranın ən böyük məqsədi İsraili məhv etməkdir. Dünya siyasətində öz yerini tutmaq üçün digər dövlətlərdən İsrailə qarşı istifadə edir. İzləsəniz, görərsiniz ki, İran həmişə özünü qabağa vermir.  Bütün Ərəb dövlətlərini öz siyasətinə daxil etmək istəyir. Bu gün də bəzi Ərəb ölkələrini İsrailə qarşı qaldırmaq istəyirdi. Amma İordaniya kimi müsəlman ölkə İrana qarşı oldu”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!