Modern.az

Toxum alınmadığı halda subsidiya ödənilib - Palata

Toxum alınmadığı halda subsidiya ödənilib - Palata

15 Aprel 2024, 13:40

Elit sinifli toxum alınmadığı halda R1 reproduksiyalı toxumlar üçün subsidiya ödənilib.

 

Modern.az xəbər verir ki, bu barədə Hesablama Palatasının “Dövlət auditi” rüblük məlumat bülleteninin 2024-cü il üçün 1-ci nömrəsində qeyd edilib.

 

"Əvvəlki illərdə Elit sinifli toxumu (gömrük bəyannamələri, elektron qaimə-fakturalar və (və ya) Nazirliyin Elit toxumunun güzəştli satışı üzrə adlı bölgüsü ilə təsdiqlənən toxum alışı üzrə) alınmadığı halda növbəti ildə R1 reproduksiyalı toxumların istehsal edilərək satılması adı altında toxumçu təsərrüfatı kimi qeydiyyata alınmış şəxslərə toxum subsidiyalarının ödənilməsinə yol verilmiş, eyni zamanda ümumi toxum subsidiyasının 2021-ci ildə 73,2%-ni, 2022-ci ildə 53,7%-ni əldə etmiş, toxumçu kimi qeydiyyata alınmış hüquqi və fiziki şəxslər üzrə həmin toxumun istehsalı üçün bəyan dövründə müvafiq əkin sahələri bəyan olunmamışdır.

 

Qeyd edilən uyğunsuzluqların daxili nəzarət qaydasında vaxtında araşdırılması və qanunvericiliklə nəzərdə tutulan tədbirlərin tətbiqi təmin edilməmiş, alış və satış əməliyyatlarının mühüm təsdiqedici ilkin sənədləri kimi elektron qaimə-fakturalara və idxalda gömrük bəyannamələrinə əsaslanmamaqla toxumçuluğun subsidiyalaşdırılması prosesi üzərində məsafədən dövlət nəzarətinin müasir rəqəmsal elementlərindən istifadə olunmaması sinifli və (və ya) reproduksiyalı toxumların hərəkətinin həqiqiliyini sual altında qoymuşdur ki, bu da müəyyən intizamsızlıq hallarının baş verməsinin və “toxum subsidiyası” adı altında əsassız ödənişlərin həyata keçirilməsinin qarşısının alınmasına yardım etmir", - deyə nömrədə qeyd olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya şokda-Ukrayna dağıdıcı raketlərlə hücuma keçdi