Modern.az

BMU ilə “Sabah Academy” arasında anlaşma memorandumu imzalanıb - FOTO

BMU ilə “Sabah Academy” arasında anlaşma memorandumu imzalanıb - FOTO

Aktual

15 Aprel 2024, 14:22

Bakı Mühəndislik Universiteti (BMU) ilə “Sabah Academy” MMC arasında anlaşma memorandumu imzalanıb.

 

Modern.az xəbər verir ki, BMU-nun rektoru Yaqub Piriyev və MMC-nin direktoru Fərhad Paşayev tərəfindən imzalanan sənəd birgə layihələrin icrası, o cümlədən məlumat və təcrübə mübadiləsi kimi qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyır. 

 

İmzalanma mərasimində cari semestrdə BMU-nun 117 tələbəsinə “SABAH.HUB” İnnovasiya Mərkəzinin “SABAH.academy” platformasına uyğun olaraq “Sahibkarlığa giriş” mövzusunda tədris proqramını təqdim etməsinə toxunulub. Bildirilib ki, bu proqram çərçivəsində IE Beynəlxalq Biznes Məktəbinin nüfuzlu professorları, Stanford Universiteti və Azərbaycanın sahibkarlıq ekosisteminin aparıcı mütəxəssisləri tərəfindən hərtərəfli öyrənmə təcrübəsi təmin olunur. Sözügedən “Sahibkarlığa giriş” proqramı Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və “SABAH.academy” platformasının birgə təşəbbüsü olmaqla yanaşı, IE Beynəlxalq Biznes Məktəbi ilə əməkdaşlıq çərçivəsində gerçəkləşdirilir.

 

Tədbirdə gələcək əməkdaşlıq istiqamətləri, həmçinin “SABAH.HUB” İnnovasiya Mərkəzi ilə birgə inkubasiya proqramlarının təşkili kimi məsələlər nəzərdən keçirilib. 

 

BMU ilə “Sabah Academy” arasında anlaşma memorandumu imzalanıb - FOTO

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İDDİA-Rəisinin helikopteri lazer atıcı vasitəsilə vurulub