Modern.az

Simonyan Tokayevlə Ermənistan-Azərbaycan münasibətlərini müzakirə etdi

Simonyan Tokayevlə Ermənistan-Azərbaycan münasibətlərini müzakirə etdi

Aktual

15 Aprel 2024, 16:26

İrəvanda rəsmi səfərdə olan Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev aprelin 15-də parlamentin  sədri Alen Simonyanla görüşüb.

Modern.az xəbər verir ki, görüşdə Ermənistan və Qazaxıstan arasında ikitərəfli və çoxtərəfli formatda qurulmuş əməkdaşlıq məsələləri, o cümlədən parlamentlərarası platformalardakı münasibətlər müzakirə olunub.

Kasım-Jomart Tokayev Ermənistan və Qazaxıstan arasında 25 illik dostluq və əməkdaşlıq müqaviləsinə əsaslanan münasibətləri yüksək qiymətləndirib, iqtisadi, siyasi və mədəni sahələrə xüsusi diqqət yetirib. Qazaxıstan Prezidenti parlamentlər arasında fəal qarşılıqlı əlaqəni vurğulayaraq, Ermənistan-Qazaxıstan sazişlərinin ratifikasiyası prosesində qanunverici orqanın rolunu qeyd edib.

Görüşdə Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesi, Ermənistan-Qazaxıstan ikitərəfli və çoxtərəfli ticarət, iqtisadi, mədəni və siyasi qarşılıqlı əlaqələrin daha da yaxınlaşdırılması məsələləri müzakirə olunub.

Sonda Alen Simonyan və Qasım-Jomart Tokayev Matenadaranda olub, burada Qazaxıstan prezidentinə muzeydə saxlanılan erməni və xarici dillərdə, o cümlədən qıpçaq dilində olan əlyazmalar hədiyyə edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi