Modern.az

Hadi Rəcəbli dəfn olundu - YENİLƏNİB

Hadi Rəcəbli dəfn olundu - YENİLƏNİB

Ölkə

17 Aprel 2024, 15:30

Sabiq deputat Hadi Rəcəbli dəfn olunub.
 

Modern.az xəbər verir ki, onun cənazəsi “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.

 

Dəfn mərasimində mərhumun ailə üzvləri, Milli Məclisin deputatları və digər şəxslər iştirak ediblər.

 

***

13:30

Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəbli ilə vida mərasimi başa çatıb.

 

Modern.az xəbər verir ki, Təzəpir məscidində keçirilən vida mərasimində mərhumun ailə üzvləri, Milli Məclisin deputatları və digər şəxslər iştirak ediblər.

 

Hazırda onun cənazəsi dəfn olunması üçün II Fəxri xiyabana aparılır.

 

***

11:08

Bu gün səhər saatlarında ürəktutmasından vəfat edən sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəbli ilə Təzəpir məscidində vida mərasimi keçirilir.

 

Modern.az-ın xəbərinə görə, mərasimdə mərhumun ailə üzvləri, Milli Məclisin deputatları və digər şəxslər iştirak edirlər.

 

Vida başa çatandan sonra mərhum II Fəxri xiyabanda dəfn olunacaq.

 

Qeyd edək ki, H.Rəcəbli aprelin 17-də 76 yaşında vəfat edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi