Modern.az

Paşinyanın Qazaxla sərhəddəki görüşü: erməniləri dilə tutur - FOTOLAR

Paşinyanın Qazaxla sərhəddəki görüşü: erməniləri dilə tutur - FOTOLAR

17 Aprel 2024, 13:41

Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Azərbaycanla sərhəddə yerləşən Tavuş rayonuna gedib.

Modern.az xəbər verir ki, baş nazirin mətbuat katibi Nazeli Baqdasaryanın yaydığı məlumata görə, Nikol Paşinyan baş nazir Tavuş rayonunun Voskepar kəndində yerli sakinlərlə görüşüb. O, Azərbaycanla sülh danışıqları, o cümlədən delimitasiya və demarkasiya prosesindəki mövcud vəziyyəti təqdim edib.

Daha sonra baş nazir Nikol Paşinyan sakinlərin suallarını cavablandırıb.

Paşinyanın Voskepar sakinləri ilə görüşü bir saat davam edib.

Görüşdən əvvəl ciddi təhlükəsizlik tədbirləri görülüb. İclas zalına giriş məhdudlaşdırılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!