Modern.az

Lissabonda Azərbaycanın diplomatik ofisi açılacaq

Lissabonda Azərbaycanın diplomatik ofisi açılacaq

Aktual

17 Aprel 2024, 13:19

Azərbaycanın iqamətgahı Vatikan şəhərində olmaqla Müqəddəs Taxt-Tacdakı və Portuqaliyadakı səfiri İlqar Muxtarov etimadnaməsini Portuqaliya Prezidenti Marselo Rebelo de Sousaya təqdim edib.

 

Modern.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Marselo Rebelo de Sousaya çatdıran səfir, eyni zamanda, ölkəmizin Portuqaliya ilə ikitərəfli münasibətlərə xüsusi önəm verdiyini, tezliklə Lissabon şəhərində səfirliyimizin diplomatik ofisinin açılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.

 

Marselo Rebelo de Sousa öz növbəsində onun da salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib və tezliklə dövlətimizin başçısı ilə görüşməkdən məmnun olacağını bildirib.

 

Etimadnamənin təqdimetmə mərasimi XVI əsrə aid qədim kral sarayı olan və Portuqaliya Prezidentinin rəsmi iqamətgahı kimi fəaliyyət göstərən tarixi Belem sarayında keçirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi