Modern.az

Dünyada su çatışmazlığı səbəbindən hər 8 saniyədə bir uşaq ölür - Komitə sədri

Dünyada su çatışmazlığı səbəbindən hər 8 saniyədə bir uşaq ölür - Komitə sədri

Aktual

17 Aprel 2024, 13:50

İqlim dəyişiklikləri təkcə ölkələrin iqtisadiyyatına, xüsusən kənd təsərrüfatına, ətraf mühitə, biomüxtəlifliyə, qlobal qida təhlükəsizliyinə və digər sahələrə zərər vurmur, eləcə də regional təhlükəsizlik sisteminə mənfi təsir göstərir. Belə ki, getdikcə intensivliyi artan fırtına və sellər, burulğanlar yerli infrastrukturu, evləri məhv edir, dəniz səviyyəsinin yüksəlməsi isə nəticədə tamamilə su altında qala biləcək kiçik ada dövlətlərinin, bir sıra sahilboyu ölkələrin mövcudluğunu təhlükə altına salır. Bu da iqlim dəyişikliklərinin qlobal təhlükəsizlik sisteminə, insan haqlarına, beynəlxalq hüquqa aid məsələlərə də təsir göstərmiş olması anlamına gəlir.

 

Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin Energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov aprelin 17-də parlamentdə keçirilən “Sağlam ailə modelinin hüquqi aspektləri-Yaşıl dünya müstəvisində” mövzusunda birgə ictimai dinləmədə deyib.

 

Komitə sədri bildirib ki, bu mənfi təsirlərin ölkələrarası münasibətlərin gərginləşməsi, münaqişələrin meydana gəlməsi ilə müşayiət olunma ehtimalı da var. Belə ki, həmsərhəd qonşu ölkələrdə su, meşə, qida, balıq ehtiyatlarının müştərək istifadəsi məsələlərində gərginlik yarana bilər. Gələcək nəsillərin bunlardan əziyyət çəkməməsi üçün ekoloji tǝhlükəsizlik sisteminin təmini üzrə istər siyasi, istərsə də beynəlxalq hüquq baxımından yeni vəzifələr barədə düşünülməlidir. Dünyanın sabahının necə olacağı yalnız bizdən asılıdır və bunu hər kəs dərk etməlidir.

 

“Bu gün dünyada su çatışmamazlığından və ya sudan zəhərlənmədən hər 8 saniyədə bir uşaq ölür”, - deyə S.Qurbanov əlavə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İran çalxalanır- Rəisinin dəfnindən dəhşətli görüntülər