Modern.az

ETX məktəblilər üçün növbəti maarifləndirmə tədbirləri keçirib - FOTO

ETX məktəblilər üçün növbəti maarifləndirmə tədbirləri keçirib - FOTO

Aktual

17 Aprel 2024, 14:06

16 aprel tarixində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) və “Məktəblinin dostu” layihəsinin birgə təşkilatçılığı ilə növbəti maarifləndirmə tədbirləri 19 və 14 nömrəli tam orta məktəblərində keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirlərin keçirilməsində məqsəd məktəblilərin kibertəhlükəsizlik sahəsində maarifləndirilməsi, onların kibergigiyena qaydaları və onlayn mühitdə təhlükəsizlik qaydaları haqqında məlumatlandırılması olub.

 

Ümumilikdə 200 şagirdin iştirak etdiyi tədbirlərdə ETX-nin əməkdaşı “Uşaqlar üçün kibertəhlükəsizlik qaydaları”, “Fərdi məlumatların mühafizəsi”, “Şifr təhlükəsizliyi” “Sosial mediadan istifadə qaydaları” mövzularında çıxış edərək məktəblilərə kibertəhlükələrdən qorunmaqla bağlı faydalı məlumatlar verib

 

ETX məktəblilər üçün növbəti maarifləndirmə tədbirləri keçirib - FOTO

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!