Modern.az

Nazirlikdən qan duruldan dərmanlarla bağlı XƏBƏRDARLIQ

Nazirlikdən qan duruldan dərmanlarla bağlı XƏBƏRDARLIQ

Aktual

17 Aprel 2024, 15:31

Səhiyyə Nazirliyinin mütəxəssisi qan duruldan dərmanların qəbulu ilə bağlı əhaliyə xəbərdarlıq edib.

 

Modern.az xəbər verir ki, bu barədə Nazirliyin mütəxəssis-eksperti, hematoloq Şəhla Şabanova danışıb.

 

O deyib ki, əhali arasında 40 yaşdan sonra infarktın qarşısını almaq üçün qan duruldan dərman vasitələrinin qəbul edilməsi ilə bağlı yanlış fikir var:

 

“Qan duruldan dərmanlardan müəyyən xəstəliklərin müalicəsi zamanı istifadəsi tövsiyə edilə bilər. Lakin bu, yalnız həkim tövsiyəsi ilə olur. İstər qan duruldan, istər vitamin, istərsə də digər dərman vasitələrinin həkim məsləhəti olmadan qəbulu yolverilməzdir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!