Modern.az

MacBook Pro 14 və 16 güclü M3 çipləri ilə - iSpace.az

MacBook Pro 14 və 16 güclü M3 çipləri ilə - iSpace.az

Aktual

17 Aprel 2024, 16:55

M3, M3 Pro və M3 Max: dəhşət sürətli və güclü

 

Yeni nəsil MacBook Pro 3nm texnologiyası üzərində qurulub və tamamilə yeni qrafik prosessor arxitekturasına malikdir.

 

Onların nəyə qadir olduqlarını anlamaq çətin deyil: hər çip özündən “kiçik” qardaşından daha güclüdür. Məsələn, baza M3 prosessorlu MacBook Pro, M1-li 13 düymlük MacBook Pro-dan 60% daha cəlddir. M3 Pro notbuku M1 Pro ilə müqayisədə 40% daha sürətli performans vəd edir. Qaz pedalını sona qədərə sıxmağa öyrəşənlərə isə M3 Max lazımdır. Onu M1 Max ilə müqayisə etsək, artım 2,5 dəfə, Intel-də ən güclü MacBook Pro-nun olduğunu da xatırlasaq, hətta 11 dəfə olacaq. Qeyd edək ki, ən son MacBook Pro-lar ilk dəfə olaraq aparat tərəfindən sürətləndirilmiş şüa izləmə xüsusiyyətinə malikdir. Sadə dillə desək, yeni qrafika arxitekturası ilə birlikdə bu, oyunlarda daha real kölgələri və əksləri görməyə, həmçinin 2,5 dəfə daha sürətli render etməyə imkan verəcək. Bundan əlavə, MacBook Pro indi enerjiyə daha çox qənaət edir. Təsəvvür edin: batareyanın ömrü 22 saata qədərdir. Ən yaxşı xüsusiyyəti də odur ki, şəbəkədən ayırdıqda əməliyyat sürəti dəyişməyəcək.

 

Həddən artıq dinamik diapazonlu ekranlar

 

Bu məsələ ilə bağlı heç bir fundamental yenilik yoxdur. Liquid Retina XDR HDR-kontent üçün 1000 nit davamlı parlaqlıq və 1600 nit pik parlaqlıq ilə dünyanın ən yaxşı notbuk ekranı olaraq qalır. Tərtibatçılar bir tək SDR-kontent ilə iş zamanı ekranın parlaqlığını 20% artırıblar. Ekran heyrətamiz kontrast nisbətləri, realistik zəngin rənglər və dərin kölgələr, yüksək səviyyəli detalizasiya və heyran edici baxış bucaqları təqdim edir. Siz hətta birbaşa günəş işığında da Mac-da rahat işləyəcəksiniz. Qrafika ilə işləyirsinizsə, şübhəsiz ki, bu göstəriciləri qiymətləndirəcəksiniz. Üstəlik, hər bir Liquid Retina XDR displeyi zavodda kalibrlənmişdir və Pro Motion və Pro Reference rejimlərini dəstəkləyir. Xarici displeylər üçün əlavə dəstəyə gəlincə, M3 çipində MacBook Pro-ya bir displey, M3 Pro və M3 Max-da müvafiq olaraq iki və dörd ekran qoşula bilər. Proqramçılar, fotoqraflar, videoredaktorlar, dizaynerlər, rəssamlar və bir çox digər peşə nümayəndələri bundan çox məmnun olacaqlar.

 

iSpace- Azərbaycan Respublikasında Apple Premium Reseller statuslu yeganə satış mərkəzidir.

 

Apple Premium Reseller statusu yalnız işinin peşəkarlarına verilir.

 

Mağazalarımız Mac kompyuterlərinin, iPhone smarfonlarının, iPad planşetlərinin bütün çeşidlərini, aksessuarlarının və proqram təminatının bütün növlərini təklif edir. iSpace - Azərbaycanda Apple səlahiyətlərinin mərkəzidir, haraya siz istədiyiniz zaman yaxınlaşıb, sizi maraqlandıran suallara cavab və peşəkar məsləhət ala bilərsiniz. “iSpace”da istədiyiniz Mac, iPhone və ya “iPad” la işləyə bilərsiniz, həmçinin satışa yeni təqdim edilmiş Apple məhsulları ilə tanış ola və yenı texnologiyalara həsr olunmuş tədbirlərdə, təlimlərdə və ustad dərslərində iştirak edə bilərsiniz. Siz sadəcə soruşun və biz sizə uyğun olan kursu seçərik.Biz Apple məhsulları haqda hər şeyi bilirik və biliklərimizlə sizinlə paylaşmağa hazırıq

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?