Modern.az

İranlıya narkokuryerlik edən dəstə üzvü tutuldu - FOTO

İranlıya narkokuryerlik edən dəstə üzvü tutuldu - FOTO

Aktual

17 Aprel 2024, 17:14

İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunan dəstə üzvü saxlanılıb.

 

Modern.az DİN-ə istinadən xəbər verir ki, Binəqədi RPİ Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 1982-ci il təvəllüdlü Səfərov Ramil saxlanılıb.

 

Onun üzərindən 3 kiloqramdan çox tərkibi psixotrop maddələlərlə zənginləşdirilən marixuana aşkarlanıb. R.Səfərov narkotik vasitəni sosial şəbəkədə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının göstərişi ilə əvvəlcədən müəyyənləşdirilən məkandan satış məqsədilə götürdüyünü bildirib.

 

R.Səfərovun daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

 

1339594

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü