Modern.az

Bu addım Azərbaycan əhalisinin ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün tarixi əhəmiyyət daşıyır 

Bu addım Azərbaycan əhalisinin ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün tarixi əhəmiyyət daşıyır 

Aktual

17 Aprel 2024, 20:27

Məlum olduğu kimi, hazırda su ehtiyatlarının çatışmazlığından dünyada 40% insan əziyyət çəkir və suya olan tələbat gündən-günə artır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Dünya Su Şurasının hesabatına görə, 2050-ci ildə planetdə 9 mlrd. əhalinin tələbatını ödəmək üçün kifayət qədər su ehtiyatı olacaq. Lakin bu ehtiyatlar bərabər şəkildə paylanmayacaq. Ətraf mühitin həddən artıq deqradasiyası və iqlim dəyişikliyi bir çox inkişaf edən ölkələrdə su ehtiyatlarının azalmasına gətirib çıxaracaq.

 

Bu sözləri Modern.az saytına açıqlamasında millət vəkili Azər Kərimli deyib. 

 

Millət vəkili qeyd edib ki, hazırda su sərfiyyatının böyük bir hissəsi kənd təsərrüfatının payına düşür: “2050-ci ildə dünya əhalisinin tələbatını ödəmək üçün indikindən 60% daha çox kənd təsərrüfatı məsulu istehsal etmək lazım gələcək. Bu baxımdan, ölkəmizdə suvarma sistemlərinin inkişafı və yenilərinin yaradılması ilə bağlı atılan addımlar təkcə bu gün üçün deyil, ölkəmizin gələcəyi üçün də həyati əhəmiyyət daşıyır. Bu xüsusda cənab Prezidentin iştirakı ilə Şirvan suvarma kanalının təməlqoyma mərasiminin keçirilməsini təkcə kənd təsərrüfatının inkişafına xidmət edən addım kimi dəyərləndimək doğru olmazdı. Bu addım, Azərbaycan əhalisinin ərzaq təhlükəsizliyinin təmin edilməsi və ölkəmizin gələcəyi üçün tarixi əhəmiyyət daşıyır”.

 

Azər Kərimli Şirvan kanalının nə dərəcədə mühüm əhəmiyyətə malik olduğunu qısa bir zaman ərzində görmək mümkün olacaq: “Şirvan kanalı suyun həcminə və əkin sahələrinin əhatəsinə görə ən böyük layihə kimi qiymətləndirilir. Yaxın gələcəkdə 10 rayon üzrə yerləşən məntəqələrdə yeni kanalın əhəmiyyətini və onun kənd təsərrüfatının inkişafına verdiyi töhfəni hər kəs görə biləcək”.

 

Millət vəkili ölkəmizdə təbii su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi və kənd təsərrüfatının inkişafı üçün yeni infrastrukturların yaradılmasının davamlı xarakter aldığını bildirib: “Bəlli olduğu kimi gələn il Qarabağ kanalının inşasına başlanılacaq və bu kanal 115 min hektar sahəni - 9 rayonu əhatə edəcək”. 

 

Azər Kərimli, eyni zamanda qeyd edib ki, işğaldan azad etdiyimiz ərazilərimizdəki su ehtiyatları və onlardan səmərəli istifadə ölkəmizdə aqrar sektorun inkişafına, yeni iş yerlərinin açılmasına, fermer təsərrüfatlarının yaradılmasına da ciddi təsir göstərəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya şokda-Ukrayna dağıdıcı raketlərlə hücuma keçdi