Modern.az

Moldovalı deputat: “Azərbaycanın heyətini AŞ PA-ya qaytarmaq lazımdır”

Moldovalı deputat: “Azərbaycanın heyətini AŞ PA-ya qaytarmaq lazımdır”

18 Aprel 2024, 15:16

“Moldova nümayəndə heyəti olaraq, bu olaydan təəssüf edirik. Bizim nümayəndə heyəti AŞ PA rəhbərliyinə məktub göndərib. Biz orada qeyd etmişik ki, Azərbaycanla dialoq davam etdirilməlidir”.

 

Modern.az-ın məlumatına görə, bunu Gununsesi.info-ya açıqlamasında Moldova Parlamentinin AŞ PA-dakı nümayəndə heyətinin üzvü Jhon Qroza deyib.

 

Onun sözlərinə görə, üzv ölkədə insan haqları problemləri varsa, onu dialoqla həll etmək lazımdır:

 

”Kənarlaşdırmaqla nəticə əldə etmək mümkünsüzdür. Hesab edirəm ki, Azərbaycan nümayəndə heyətinin qayıtmasına şərait yaradılmalıdır. Nümayəndə heyəti qayıtsa, bütün məsələləri danışıqlarla həll etmək olar. Moldova nümayəndə heyətinin mövqeyi belədir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizin inşasına başladılar