Modern.az

Elçin Zeynalov Lerikdə vətəndaşları qəbul edib - Təsərrüfatlara baş çəkib

Elçin Zeynalov Lerikdə vətəndaşları qəbul edib - Təsərrüfatlara baş çəkib

Aktual

18 Aprel 2024, 14:52

2023-cü ilin sentyabr ayından başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.

 

Modern.az xəbər verir ki, Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov aprelin 18-də Lerik Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Lerik rayonundan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

 

Qəbulda vətəndaşların işə qəbul, əkin subsidiyası, dəymiş zərərin ödənilməsi və digər məsələlərlə bağlı olub.

 

Nazir müavini Elçin Zeynalov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

 

Nazir müavini vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

 

Qəbuldan sonra nazir müavini Elçin Zeynalov Cəngəmiran kəndində fermer Nuri Sultanovun 4 hektar sahədə əkilmiş taxıl sahəsinə baxış keçirib, dəmyə əkinçiliyində həyata keçirilən aqrotexniki tədbirlər, toxum sortunun düzgün seçilməsi ətrafında fermerlərlə fikir mübadiləsi aparıb.

 

Elçin Zeynalov həmçinin Piran kəndində arıçı Mahir Surətovun arıçılıq təsərrüfatına baş çəkib, təsərrüfatda məhsuldarlıq göstəriciləri, məhsulun qablaşdırılması, satışın təşkili məsələləri ilə maraqlanıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü