Modern.az

"Yeni Kaledoniyada keçirilən referendum nəticələri Fransa tərəfindən saxtalaşdırılır"

Aktual

18 Aprel 2024, 16:21

“Yeni Kaledoniyada keçirilən referendum nəticələrinin hər biri Fransa tərəfindən saxtalaşdırılır. Onlar göstərməyə çalışırlar ki, guya kanak xalqı müstəqillik istəmir”. 


Modern.az xəbər verir ki, bu barədə  Milli Məclisdə keçirilən "Yeni Kaledoniya: Tarix, Müasir çağırışlar və Gözlənilən Gələcək" mövzusuna həsr edilmiş elmi konfransda Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.


“Bu hal təkcə Yeni Kaledoniyada yox, həm də Koriskada yaşanır. Hətta bu yaxınlarda onlara öz dillərində danışmaq qadağan edilib. 21-ci əsrdə Fransa hökuməti digər xalqlar üzərində ibtidai icma quruluşuna aid qaydaları tətbiq etməyə çalışır. Bu gün dövlətlər hətta heyvanların hüquqularının qorunması ilə əlaqədar qanunlar qəbul edir. Burada öndə elə Avropa ölkələri dayanır. Lakin Fransa insanları  öz təbii hüquqlarından məhrum edir və onları mənimsəyir. Bu mübarizə müstəqilliyi arzu edən və dəstəkləyən bütün ölkələrin mübarizəsi olmaldır. Bu dövlətlərdən biri də Azərbaycandır və Azərbaycan Korsika, Yeni Kaledoniya kimi ölkələrə öz dəstəyini verir”,- deyə o qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir