Modern.az

Qan təzyiqini aşağı salmağa kömək edən vitamin

Qan təzyiqini aşağı salmağa kömək edən vitamin

Aktual

18 Aprel 2024, 15:08

İmmun sistemini gücləndirməkdə və soyuqdəymə ilə mübarizədə böyük rolu olan C vitamininin qan təzyiqinə nəzarət üçün də əhəmiyyətli faydaları məlum olub.

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, son tədqiqatlar C vitaminin həm sağlam, həm də hipertansiyonlu insanlarda qan təzyiqini aşağı salmağa kömək etdiyini aşkarlayıb. Bunu çoxsaylı araşdırmaların nəticələrini birləşdirən meta-analiz müəyyən edib. Tədqiqat, həmçinin sübut edir ki, C vitamini qan damarlarının genişlənməsinin qarşısını almağa kömək edə bilər. Bu, sağlam qan təzyiqi səviyyələrini saxlamaq üçün xüsusilə faydalıdır.

“American Journal of Clinical Nutrition” nəşrində dərc edilən araşdırmada bu vitaminin qan təzyiqinə təsirinin damarların boşalmasında və genişlənməsində mühüm rol oynayan azot oksid molekulu ilə bağlı olduğu qeyd edilir. Bundan əlavə, C vitamininin antioksidan xüsusiyyəti olduğundan o, bədənin molekullarını, həmçinin qan damarlarını əhatə edən hüceyrələri zədələnmədən qoruyur.

Nəticə olaraq, gündəlik yeməklərə C vitamini ilə daha zəngin qidalar əlavə etməklə insanlar aşağı qan təzyiqi də daxil olmaqla bir sıra sağlamlıq faydalarından yararlana bilərlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir