Modern.az

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edən muncuqlar hazırlandı

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edən muncuqlar hazırlandı

Aktual

18 Aprel 2024, 17:40

London Universitet Kollecində tədqiqatçılar qaraciyər xəstəliklərinin və bağırsaqla əlaqəli sağlamlıq problemlərinin müalicəsinə kömək edə biləcək yeni növ kiçik muncuqlar hazırlayıblar. Heyvanlar üzərində aparılan sınaqlar onların zərərli bakteriyaları və iltihabı azaltdığını göstərib. Nəticə etibarilə bu muncuqların qaraciyər sirrozu kimi xəstəliklərə müsbət təsir göstərə biləcəyi ehtimal olunur.

 

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, dünyada 100 milyona yaxın insan qaraciyər sirrozundan əziyyət çəkir. Xəstəlik bağırsaqlardakı müəyyən zərərli bakteriyalar səbəbindən daha da ağırlaşır. Həmin bakteriyalar iltihabı artıraraq qaraciyər, böyrək və beyin kimi orqanlara zərər verə bilən toksinlər istehsal edir.

 

Tədqiq olunan yeni muncuqlar duz dənəsindən də balacadır və bağırsaqda həm böyük, həm də kiçik molekulları udmaq üçün nəzərdə tutulub. Buraya zərərli bakteriyaların yaratdığı toksinlər daxildir. Siçanlar üzərində təcrübələr zamanı muncuqlar bir neçə həftə ərzində hər gün verilib. Nəticədə qaraciyərdə çapıqların pisləşməsinin qarşısı alınıb. Tədqiqatçılar, həmçinin muncuqları sirrozlu 28 xəstədə sınaqdan keçirib və onların minimal yan təsirlərlə təhlükəsiz olduğunu müəyyən ediblər.

 

Məlumatda bildirilir ki, bu muncuqlar qaraciyər xəstəliklərini idarə etmək və bağırsaq sağlamlığını yaxşılaşdırmaq üçün yaxın vaxtlarda yeni effektiv üsul kimi təklif oluna bilər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dronlar Putinin mülk və sarayı istiqamətində hücuma keçdi