Modern.az

Yeni komitə sədri Türkiyə səfiri ilə görüşdü

Yeni komitə sədri Türkiyə səfiri ilə görüşdü

Aktual

18 Aprel 2024, 18:41

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçını qəbul edib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin "X" hesabında bildirilib.

 

"Səfirimiz Cahit Bağçı Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilmiş Ramin Məmmədovu ziyarət edib, təbriklərini çatdırıb. Görüş zamanı ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlıq məsələləri müzakirə olunub", - məlumatda qeyd edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir