Modern.az

Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi 

Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi 

Aktual

18 Aprel 2024, 18:53

Aksiz markası olmayan külli miqdarda siqaret aşkar edilib.

 

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Modern.az-a verilən məlumata görə, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri, Yasamal rayonu ərazisində keçirilən tədbirlər nəticəsində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan, ümumilikdə 1058 qutu müxtəlif növ xarici markalı siqaretlər aşkar olunaraq götürülüb.

 

Hüquqpozmaya yol vermiş şəxslərin müvafiq məsuliyyətə cəlb edilməsi üçün fakt üzrə araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi