Modern.az

İsmayıllıda torpaq uçqunu: evlər təhlükə altında - VİDEO

İsmayıllıda torpaq uçqunu: evlər təhlükə altında - VİDEO

Aktual

18 Aprel 2024, 23:39

İsmayıllının Kürdmaşı kəndində kanalın ətrafındakı torpaq qatı uçub. Nəticədə evlər üçün təhlüklə yaranıb.

 

Modern.az-ın məlumatına görə, ərazidəki təsərrüfat təyinatlı gölün suyu artdığı zaman kanal vasitəsi ilə boşaldılır.

 

Kəndin ortasından keçən kanalda suyun axını zamanı kənardakı torpaq qatı yuyulur. Bu da ətrafdakı evlərə təhlükə yaradıb.

 

Sakinlərin sözlərinə görə, belə vəziyyət bir neçə ildir ki, baş versə də, son 10 gündə torpaq axını sürətlənib.

 

Problem daha çox kəndin aşağı hissədə yaşanır.  

 

Məsələ ilə əlaqədar aidiyyəti qurumlar məlumatlandırılıb.

 

Hazırda kanala buraxılan su məhdudlaşdırılıb. Torpaq uçqununun qarşısını almaq üçün tədbirlər görülür.

 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Dronlar Putinin mülk və sarayı istiqamətində hücuma keçdi