Modern.az

4 kəndin qaytarılması Zəngəzur dəhlizi ilə bağlı danışıqları sürətləndirəcək

4 kəndin qaytarılması Zəngəzur dəhlizi ilə bağlı danışıqları sürətləndirəcək

Aktual

19 Aprel 2024, 18:24

Aprelin 19-da Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə tərəflərin müvafiq komissiyaların səkkizinci görüşü keçirilib. Görüşdə tərəflər Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə razılığa gəliblər.

Söhbət Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərindən gedir.


Razılaşmanı şərh edən politoloq Elxan Şahinoğlu Modern.az-a bildirib ki, 4 kəndin Azərbaycana qaytarılması sülh quruculuğu prosesinə təkan verəcək:
 

"4 kəndin Azərbaycana qaytarılması və sərhədlərin müyyənləşdirilməsi prosesinə başlanılması bölgədə sülh quruculuğu prosesinə təkan verəcək. Bakı və İrəvanın bu razılaşması Rusiya hərbi kontigentinin Qarabağı tərk etməyə başlamasının ardından növbəti uğurlu addımdır. Cənubi Qafqazda yeni mərhələ başlayır. 4 kəndin qaytarılması iki ölkə arasında çərçivə sazişinin imzalanmasını sürətləndirəcək. Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə artan gərginlik və İsrail-İran qarşıdurnası fonunda Cənubi Qafqazda danışıqlar yolu ilə əldə edilən razılaşmalar hamının xeyrinədir".

E.Şahinoğlu söyləyib ki, növbəti mərhələdə Zəngəzur dəhlizi ilə bağlı danışıqlar intensivləşəcək:


"Zəngəzur dəhlizi ilə bağlı danışıqları uzatmağın Ermənistan üçün faydası yoxdur. Ermənistan baş nazir Nikol Paşinyanın dediyi kimi, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyirsə, son mərhələni də keçməli – Zəngəzur dəhlizinin işə düşməsini təmin etməlidir və bu belə də olacaq".

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir