Modern.az

“Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşdü

“Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşdü

19 Aprel 2024, 19:02

“Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb.

 

Modern.az xəbər verir ki, tədbir zamanı media nümayəndələrinin suallarını cavablandıran Dr. Klaus Müller azad olunmuş ərazilərdə qısa müddət ərzində şəbəkə infrastrukturunun yaradılması, ən müasir səs texnologiyası olan VoLTE xidmətinin təqdim edilməsi və Xankəndi şəhərində ilk mobil rabitə mağazasının “Bakcell” tərəfindən istifadəyə verilməsini bildirib.

 

“Bakcell"in mətbuatda müzakirələrə səbəb olmuş yeniliklər vədi barədə suallara cavab olaraq, şirkətin baş direktoru bildirib ki, “Bakcell” böyük dəyişikliklər astanasındadır və bu barədə 25 apreldə ətraflı məlumat açıqlanacaq.

 

Həmçinin, Dr. Klaus Müller qeyd edib ki, 2024-cü ildə “Bakcell” bütün ölkə boyunca mobil rabitə və xidmət şəbəkəsini daha da genişləndirmək niyyətindədir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir