Modern.az

Qazaxlılar 4 kəndin qaytarılmasını belə qeyd etdilər - VİDEO

Qazaxlılar 4 kəndin qaytarılmasını belə qeyd etdilər - VİDEO

Aktual

20 Aprel 2024, 00:20

Qazax sakinləri Ermənistanın işğalında olan Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin Azərbaycana qaytarılması ilə bağlı əldə olunan razılaşmanı böyük sevinclə qeyd ediblər.

 

Modern.az xəbər verir ki, bir qrup sakin qərarın açıqlanmasından sonra Azərbaycan bayrağı ilə sevinc hisslərini nümayiş etdiriblər.

 

Xatırladaq ki, 2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı komissiyalar bir sıra məsələlər üzrə razılığa gəliblər. Onlardan biri də Qazax rayonunun işğalda olan kəndlərindən 4-nün geri qaytarılması üzrə olub.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dronlar Putinin mülk və sarayı istiqamətində hücuma keçdi