Modern.az

Şuşalılar doğma yurdlarına qayıdırlar - VİDEO

Şuşalılar doğma yurdlarına qayıdırlar - VİDEO

Aktual

20 Aprel 2024, 00:51

“May ayından etibarən Şuşa şəhərində bərpa-tikinti qrafikinə uyğun olaraq, mərhələli formada inşa edilmiş evlərə ailələrin köçürülməsi həyata keçiriləcək”.

 

Modern.az xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin mətbuat katibi İbrahim Mirzəyev “Xəzər Xəbər”ə bildirib.

 

Komitə rəsmisi həmçinin bildirib ki, ilin sonunadək 20 min keçmiş məcburi köçkünün doğma yurduna qayıdışı planlaşdırılıb.

 

Doğma yurda dönənlərin hər biri ailə tərkibinə uyğun olaraq mənzillə təmin edilir. Evlərin bölgüsü hazırda qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun püşkatma yolu ilə aparılır.

 

Ətraflı süjetdə:

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir