Modern.az

DÜNYA IB Məktəbinin şagirdləri qızıl və gümüş medallar qazandılar

DÜNYA IB Məktəbinin şagirdləri qızıl və gümüş medallar qazandılar

Aktual

20 Aprel 2024, 09:12

19 Aprel 2024-cü il tarixində “Sabahın alimləri” XIII respublika müsabiqəsinin final mərhələsi keçirilib.

“Sabahın alimləri” respublika müsabiqəsi hər il ABŞ-də keçirilən ISEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisinə milli seçim turudur. Müsabiqədə  ölkəmizin bütün regionlarında fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri iştirak edə bilərlər.

Bu müsabiqıdə şagirdlər 8 kateqoriya üzrə müsabiqədə iştirak edə bilirlər:

– Riyaziyyat;
– fizika, astronomiya;
– kimya;
– biologiya (zoologiya, botanika, mikrobiologiya, genetika və molekulyar biologiya, biokimya);
– tibb və sağlamlıq;
– ekologiya, ətraf mühitin idarə olunması;
– mühəndislik;
– kompüter elmləri.

DÜNYA IB Məktəbinin şagirdləri ənənəvi olaraq hər il olduğu kimi bu il də müsabiqədə iştirak edərək mövcud 8 istiqamətdən üçündə 1-ci yer və birində 2-ci yeri tutublar.

1. Əli Musayev. Elçin Həsənov. Fizika-Astronomiya. I yer. Qızıl medal
2. Səid Aslanov. İbrahim Allahverdiyev. Biologiya. I yer. Qızıl medal.
3. Nicat Tağızadə. Komputer elmləri. I yer. Qızıl medal
4. Əli Abdullayev. Mühəndislik. II yer. Gümüş medal.


 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya şokda-Ukrayna dağıdıcı raketlərlə hücuma keçdi