Modern.az

Rusiya sərhədçiləri Tavuşdan çıxarılacaq - Paşinyan

Rusiya sərhədçiləri Tavuşdan çıxarılacaq - Paşinyan

Aktual

20 Aprel 2024, 14:32

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya sərhədçilərinin Tavuş bölgəsindən çıxarılacağını deyib.

Modern.az xəbər verir ki, erməni jurnalistlərə açıqlamasında Paşinyan qeyd edib ki, Rusiya sərhədçiləri Tavuşda fərqli vəziyyətdə yerləşdiriliblər.

"Lakin vəziyyət artıq əhəmiyyətli dərəcədə dəyişib. Bu vəziyyət bütün istiqamətlərdə əksini tapmalıdır. Yəni əslində bizim cəbhə xətti yox, sərhədimiz olacaq. Sərhəd isə sülh rəmzidir”.

Tavuşda sərhədin demarkasiyası prosesindən sonra baş nazir əmindir ki, Ermənistan və Azərbaycan sərhədçiləri əməkdaşlıq edə biləcəklər.

Qeyd edək ki, 2021-ci ilin avqustunda Rusiya sərhədçiləri Tavuş rayonunun Voskepar kəndinə yerləşdirilib.

​​​​​​​Xatırladaq ki, Ermənistan tərəfi 1990-92-ci illərdə Tavuş bölgəsi istiqamətində işğal etdiyi 4 kəndi Azərbaycana qaytarmağa razılaşıb.
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya şokda-Ukrayna dağıdıcı raketlərlə hücuma keçdi