Modern.az

İranın Azərbaycandakı səfiri GEDİR

İranın Azərbaycandakı səfiri GEDİR

Aktual

20 Aprel 2024, 16:19

Bu gün xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Xarici İşlər Nazirliyindən Modern.az-a bildirilib ki, hazırkı dönəmdə, tərəflər iki dövlət arasında tarixi köklərə əsaslanan dostluq və əməkdaşlıq münasibətlərinin qarşılıqlı hörmət əsasında inkişafından məmnunluq ifadə ediblər.

Qeyd edilib ki, hazırda siyasi, iqtisadi, ticarət və digər istiqamətlərdə münasibətlərin inkişafı üzrə əhəmiyyətli addımlar atıldığı vurğulanıb.

Nazir Ceyhun Bayramov, eyni zamanda, regional və çoxtərəfli çərçivələrdə iki ölkə arasında əlaqələrin inkişafının, 3+3 kimi regional formatların səmərəli fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Səfir Seyid Abbas Musəvi diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkür edib. Səfir kimi çalışdığı müddətdə ikitərəfli münasibətlərin inkişafı üçün bütün imkanların səfərbər edildiyini qeyd edib, ondan sonra gələcək səfirin də bu münasibətlərin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyindən əmin olduğunu vurğulayıb.

Görüş zamanı, tərəflər arasında qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov səfir Seyid Abbas Musəviyə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İran çalxalanır- Rəisinin dəfnindən dəhşətli görüntülər