Modern.az

Pasiyent böhtan atır: BSM-dən açıqlama

Pasiyent böhtan atır: BSM-dən açıqlama

Aktual

20 Aprel 2024, 16:20

Bakı Sağlamlıq Mərkəzinin pasiyenti olmuş Camal Qafur oğlu Şabanov son günlər bəzi sosial şəbəkələrdə tibb müəssisəsi barəsində açıqlamalar yayımlayır. Maraqlıdır ki, bir müddət öncə Mərkəzdən razılıq edərək kafi vəziyyətdə evə yazılmış pasiyent sonradan hansı səbəbdənsə xəstəxanaya qarşı hücuma keçib. Vətəndaş iddiasında bildirib ki, Mərkəzdə onu həkimlər deyil, texniklər müayniə edib.

Bəs bu idddia nə dərəcədə düzgündür, doğrudanmı xəstəni tüxniki işçilər müayinə edib?

Bakı Sağlamlıq Mərkəzi (BSM) bununla əlaqədar Modern.az-a açıqlama verib. Bildirilib ki, vətəndaş  tibb müəssisəsi haqqında həqiqətə uyğun olmayan məlumatlar yayır ki, bu da qəbulolunmaz haldır. Çünki pasiyenti texniklər heç cür müayinə edə bilməz, başqa sözlə, bu iddiada məntiq yoxdur.


“Öncə qeyd etmək istəyirik ki, Mərkəzimizin Radiologiya şöbəsində radiologiya üzrə ixtisaslaşmış 5 invaziv radioloq həkim fəaliyyət göstərir və aktiv istifadədə olan 3 angioqrafiya cihazımız mövcuddur. Angioqrafik prosedur həkim, həkim asistenti, tibb bacısı və angioqrafiya cihazının texnikinin iştirakı ilə aparılır. İnvaziv radioloqlar tərəfindən invaziv diaqnostik müdaxilələr və ehtiyac olduğu təqdirdə damar daxili və digər az invaziv müalicə prosedurları icra edilir.

26 fevral 2024-cü il tarixində Bakı Sağlamlıq Mərkəzinin Radiologiya şöbəsində müayinə olunmuş pasiyent Şabanov Camal Qafur oğlunun iddiası ilə bağlı apardığımız araşdırmaya əsasən bildiririk ki, şikayətdə qeyd edilənlər həqiqəti əks etdirmir. Belə ki, şikayətdə adı keçən şöbənin əməkdaşı Hüseyn Alxasov müəssəmizdə texnik vəzifəsində çalışır və o, heç bir xəstəyə tibbi müdaxilə etmir, etmək bacarığı və hüququ yoxdur. Prosedur günü texnik və tibb bacısı xəstənin tibbi müdaxiləyə hazırlıq prosesində iştirak ediblər və bundan sonra həkimlər tərəfindən prosedur icra olunub. Prosedura hazırlıq zamanı pasiyent texnik ilə söhbət əsnasında onun adını, soyadını, təvəllüdünü və bu kimi məlumatları soruşub və hazırkı iddiasında həmin məlumatlardan istifadə edir”.


Bakı Sağlamlıq Mərkəzi onu da bildirib ki, tibb müəssisəsində xəstənin ayaq damarlarında aparılmış angioqrafiya müayinə zamanı patologiya aşkar edilməməsi səbəbindən ona heç bir invaziv və açıq cərrahi müdaxilə olunmayıb:

“Xəstəyə sadəcə aşağı ətrafların periferik arteriyalarının angioqrafiyası icra olunub. Prosedurdan sonrakı mərhələdə xəstəyə stasionar şəraitdə nəzarət edilib.
29 fevral 2024-cü il tarixdə xəstə bütün tibbi personala dəfələrlə razılıq edərək kafi vəziyyətdə evə yazılıb”.

Bakı Sağlamlıq Mərkəzi vətəndaşın sosial şəbəkələrdəki hərəkətindən təəssüfləndiyini vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İran çalxalanır- Rəisinin dəfnindən dəhşətli görüntülər