Modern.az

Paşinyan Putinlə görüşəcəyini söylədi

Paşinyan Putinlə görüşəcəyini söylədi

Aktual

20 Aprel 2024, 18:15

Rusiya prezidenti Vladimir Putinlə görüş olacaq.

Modern.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 20-də jurnalistlərə açıqlamasında deyib.

Görüşün vaxtına gəlincə, Paşinyan bildirib ki, hazırda bunu deyə bilməz.

“Görüş olacaq, çünki görüşməmək planımız yoxdur, amma nə vaxt, indi dəqiq deyə bilmərəm”.

Dünən Rusiyanın xarici işlər naziri Lavrov Nikol Paşinyanla Vladimir Putin arasında ikitərəfli münasibətlərin mübahisəli məsələlərini müzakirə etmək üçün yaxın vaxtlarda təmasların olacağını istisna etməyib.

Mayın əvvəlində Avrasiya İqtisadi İttifaqının yubiley sammiti və Putinin andiçmə mərasimi planlaşdırılır. Lakin Baş nazir Nikol Paşinyan faktiki olaraq bu ana qədər həmin tədbirlərdə iştirak edib-etməyəcəyini dəqiqləşdirməyib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiya şokda-Ukrayna dağıdıcı raketlərlə hücuma keçdi