Modern.az

Şəhidlərimizin xatirəsi ANILDI

Şəhidlərimizin xatirəsi ANILDI

21 Aprel 2024, 15:33

Torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhidlik zirvəsinə ucalan Milli Qəhrəman Şövqiyar Abdullayev, Ülvü Hüseynov və İlham Şəmşiyevin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib.

 

Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən bildirilib.

 

Mərasimlər çərçivəsində hərbi qulluqçular şəhidlərimizin məzarlarını ziyarət edib, yaxınları ilə görüşərək onların qayğıları ilə maraqlanıblar.

 

Mərasimlərdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidlərimizin ailə üzvləri, yaxınları və döyüş yoldaşları iştirak ediblər.

 

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

 

Çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə igid oğullarımızın Vətən müharibəsi, eləcə də digər uğurlu döyüş əməliyyatlarında göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən danışıblar.

 

Qeyd olunub ki, torpaqlarımızın düşməndən azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman övladlarımızın əziz xatirələri xalqımızın qəlbində daim yaşayacaqdır.

 

Sonra şəhidlərimizin həyat və döyüş yolundan bəhs edən videoçarxlar nümayiş olunub.

 

Şəhidlərin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

 

Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistlərinin ifasında vətənpərvərliyi tərənnüm edən mahnılar səsləndirilib.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Dronlar Putinin mülk və sarayı istiqamətində hücuma keçdi