Modern.az

Rəsulzadənin 140 illiyi Sankt-Peterburqda ANILDI

Rəsulzadənin 140 illiyi Sankt-Peterburqda ANILDI

21 Aprel 2024, 17:20

Dünən Rusiyanın Sankt-Peterburq şəhərində M.Ə.Rəsulzadənin 140 illiyi ilə bağlı konfrans keçirilib. Rəsmi və bədii hissədən ibarət tədbir Azərbaycan Respublikası Prezidentinin Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinin qeyd edilməsi ilə bağlı sərəncamına müvafiq olaraq təşkil olunub.  

 

Modern.az xəbər verir ki, “Moskva” otelinin konfrans zalında təşkil olunan tədbir Rusiyada fəaliyyət göstərən “Çinar” Milli-Mədəni Mərkəzinin sədr müavini Ülviyyə Abbasovanın təşəbbüsü ilə  və Rusiya- Azərbaycan mədəni və humanitar əməkdaşlıq mərkəzinin sədri Eldar Əlizadənin birgə səyi nəticəsində baş tutub.  

 

Azərbaycan Dövlət Himni ilə başlayan tədbirə Rusiyada yaşayan soydaşlarımız, elm xadimləri, rusiyalı araşdırmacı alimlər, müxtəlif xalqların diaspor nümayəndələri qatılıb. Tədbirin xüsusi qonağı isə Türkiyədə yaşayan soydaşımız tarix elmləri üzrə fəlsəfə doktorluğuna namizəd, Cumhuriyyət dönəmini araşdıran və o dovrün dəyərli arxıv materiallarının kolleksiyasina sahib Dilqəm Əhməd olub.   

 

“Çinar” Milli Mədəni Mərkəzinin sədri, Sankt-Peterburq Dövlət Universitetinin müəllimi Xeyransa Mirzəyeva qonaqları salamlayaraq, Azərbaycan dövlətçiliyi və  ictimai fikir tarixində xususi yer tutan  M. Ə. Rəsulzadə haqqında danışıb.  

 

Təşkilatçı, filoloq Ülviyyə Abbasova M.Ə. Rəsulzadə ilə bağlı tədbirin təşkil olunmasını ən böyük arzusu olduğunu, Rəsulzadə irsini vətəndən kənarda yaşayan gənclərimizə aşılamağın vacibliyindən danışıb.

 

“Musa Əfəndi və Azərbaycan Demokratik Cümhuriyyətinin qurucuları” mövsuzunda çıxış edən alim Almira Tahircanova babası, dövrünün parlaq ictimai xadimi, M.Ə. Rəsulzadənin Rusiyadan Finlandiyaya keçməsində şəxsən yardımcı olmuş Musa Əfəndinin (Musa Biqeyev) fəaliyyəti, Rəsulzadə ilə görüşləri haqqında maraqlı məruzə edib, tarixi fotolar, arxiv materiallarını nümayiş etdirib.  

 

Tədbirdə rusiyali tarixçi alimlər - Aleksandr Serqeyeviç Puncenkov, Vladimir Viktorovic Mixaylovun da məruzələri diqqət cəkib. 

 

Sankt-Peterburq Dövlət Universitetinin müəllimi, soydaşımız türkoloq Şahnaz Kamalın məruzəsi isə “Azərbaycançılıq ideologiyasının qurucusu M.Ə.Rəsulzadə” mövsuzu olub.  

 

Dilqəm Əhmədin çıxışı, təqdim etdiyi arxiv materialları, şəxsi kolleksiyasına aid fotolar isə bütün qonaqların, xüsusilə gənclərin böyük marağına səbəb olub. Çıxışın sonunda çoxsaylı sualları cavablandıran Dilqəm Əhməd tədbirin təçkilatçılarına müəllifi olduğu kitabları hədiyyə edib.  

 

Bədii hissədə isə “Çinar” rəqs ansamblı və "Naz" ansamblı milli rəqslərimizi ifa ediblər. İstedadlı gənc soydaşımız, Sankt-Peterburq Dovlət Konservatoriyasının tələbəsi Teymur Kazımov isə səsi ilə hər kəsi valeh edib.  

 

Sonda təşkilatçılar Eldar Əlizadə və Ülviyyə Abbasova yekun çıxışlarında tədbirin ərsəyə gəlməsində dəstək olən hər kəsə təşəkkür ediblər.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Aksiyalara rəhbərlik edən Baqrat Qalstanyan qəzaya düşdü