Modern.az

Qlobal hərbi xərclərdə rekord artım

Qlobal hərbi xərclərdə rekord artım

Aktual

22 Aprel 2024, 07:48

2023-cü ildə qlobal hərbi xərclər 2,443 trilyon ABŞ dolları təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 6,8 % çoxdur.

 

Modern.az xəbər verir ki, bu məlumat Stokholm Sülh Tədqiqatları İnstitutu – SIPRI-nin son hesabatında yer alır. Bildirilir ki, bu, 2009-cu ildən indiyədək ən ciddi artımdır. Müharibələr və regional münaqişə ocaqları hərbi xərclərin artmasına səbəb olur.

 

2023-cü ildə hərbi xərclər dünya üzrə ümumi daxili məhsulun 2,3 %-ni təşkil edib. Hərbi xərclərin çoxluğuna görə ilk yerdə 916 milyard dollarla ABŞ və 296 milyard dollarla Çin gəlir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB