Modern.az

Ermənistan baş nazirinin müavini Tavuş sakinlərilə görüşü rədd etdi

Ermənistan baş nazirinin müavini Tavuş sakinlərilə görüşü rədd etdi

22 Aprel 2024, 11:32

Ermənistan baş nazirinin müavini, dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın sədri Mher Qriqoryan Tavuş rayonundakı kəndlərin icma sədrlərilə  görüşəcək.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
 

Xatırladaq ki, Tavuşun Azərbaycanla sərhədə yaxın kəndlərinin erməni sakinləri bir neçə gündür baş nazirin müavini Mher Qriqoryanla görüş tələb edirdilər.

Qriqoryanın Tavuşun Voskepar, Kirants, Bağanis kəndlərinin sakinlərilə görüşəcəyi, işğal altındakı 4  yaşayış məntəqəsinin Azərbaycana verilməsindən narahat olan insanlarla müzakirə aparacağı deyilirdi.

Baş nazirin müavini isə Tavuşda gözlənilən görüşü ləğv edib və İrəvanda kənd rəhbərləri ilə görüşməyə üstünlük verib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB