Modern.az

Sabunçuda 72 yaşlı qadın itkin düşüb

Sabunçuda 72 yaşlı qadın itkin düşüb

22 Aprel 2024, 11:50

Bakının Sabunçu rayonunda 72 yaşlı qadın itkin düşüb.

 

Modern.az DİN-ə istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydiyyatda olan 1952-ci il təvəllüdlü Danilova Nadejda Alekssandrovna yaşadığı ünvandan çıxıb və bir daha geri qayıtmayıb. Həmin şəxsdən bu günə qədər heç bir xəbər əldə etmək mümkün olmayıb.

 

Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, Sabunçu Rayon Polis İdarəsinin 012-590-22-42, 425-02-02 şəhər və 055-207-08-88 mobil nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.

Sizə yeni x var
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB