Modern.az

Peskovdan İlham Əliyevin Moskva səfəri barədə AÇIQLAMA

Peskovdan İlham Əliyevin Moskva səfəri barədə AÇIQLAMA

22 Aprel 2024, 13:32

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycanın dövlət başçısı İlham Əliyevin Moskva səfərinə dair açıqlama verib.

Modern.az-ın məlumatına görə, Peskov bildirib ki, Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyev danışıqlar aparacaq, BAM-ın veteran inşaatçıları ilə görüşəcəklər.

“Bu gün əsasən Rusiya-Azərbaycan münasibətlərinə həsr olunub, Azərbaycan Prezidenti Əliyev Moskvaya işgüzar səfər edib. İki dövlət başçısı arasında söhbət Kremldə baş tutacaq, daha sonra yemək masasında davam etdiriləcək. Həmçinin, axşam saatlarında iki prezident Baykal-Amur Magistral xəttinin veteran inşaatçıları ilə görüş keçirəcəklər”, - Peskov jurnalistlərə bildirib.

BAM-ın əməkdaşları ilə görüş bu magistralın tikintisinə başlanmasının 50 illiyinə təsadüf edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB