Modern.az

Ötən həftə 1429 hektar ərazi minalardan TƏMİZLƏNİB

Ötən həftə 1429 hektar ərazi minalardan TƏMİZLƏNİB

Aktual

22 Aprel 2024, 13:50

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (15.04.2024 - 21.04.2024) açıqlanıb.

 

ANAMA-dan Modern.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 12 piyada əleyhinə mina, 39 tank əleyhinə mina, 452 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

 

Bildirilib ki, 1429,1 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...