Modern.az

Məcburi köçkünlərin geri qayıdışına 1,23 milyon manat ayrılacaq

Məcburi köçkünlərin geri qayıdışına 1,23 milyon manat ayrılacaq

22 Aprel 2024, 16:20

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu (MKSİF) məcburi köçkünlərin geri qayıdışla bağlı məlumatlandırılmasına 1,23 milyon manat vəsait ayıracaq.

 

Modern.az xəbər verir ki, Fond Məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması adı ilə tender keçirib.

 

“ADMEDİA.AZ" MMC tenderin qalibi seçilib. Bir illik müqavilənin dəyəri 1 milyon 229.943 min manat təşkil edib.

 

Qeyd edək ki, MKSİF 1999-cu ildə yaradılıb. Fondun əsas məqsədi məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını, onlar üçün iş yerlərinin açılmasını təmin edən tədbirlərin həyata keçirilməsi, əsasən sosial infrastrukturun bərpasına yönəldilmiş mikrolayihələrin yerinə yetirilməsi üçün vəsait ayırmaq və bu vəsaitlərdən səmərəli və məqsədyönlü istifadəsini təmin etməkdən ibarətdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB