Modern.az

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzaladılar

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzaladılar

Aktual

23 Aprel 2024, 17:12

Dünyanın müxtəlif ölkələrindən 39 bioloq və filosof heyvanlarda şüuru tanıyan bəyannamə imzalamaq üçün bir araya gəlib. 

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb.

 

Nyu-York Universitetinin nəşr etdiyi bəyannamə təkcə məməlilər və quşları deyil, həm də sürünənləri, suda-quruda yaşayanları, balıqları və bir çox onurğasızları, o cümlədən həşəratlar, xərçəngkimilər, omar, kalmar, osminoq və dəniz molyuskasını əhatə edir.

 

Bu iddianın arxasında duran alimlər həmin heyvanlarda şüurlu təcrübəni göstərən hədsiz elmi dəlillərə əsaslanırlar. Sübutlara son illərin kəşfləri daxildir. Məsələn, Ryerson Universitetinin kanadalı tədqiqatçıları balıqların güzgü testindən keçməyə qadir olduğunu nümayiş etdiriblər. Psixoloq Qordon Qallup tərəfindən hazırlanmış bu test heyvanın özünüdərketmə qabiliyyətini təyin etmək üçün ümumi qəbul edilmiş bir üsuldur.

 

Bəyannamə heyvanlara daha humanist rəftarın zəruriliyini vurğulamaqla yanaşı, həm də insan növündən kənar şüur və hisslərə həsr olunmuş elmi tədqiqatlarda yeni dövr açır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok