Modern.az

“WhatsApp”da artıq böyük fayllar göndərilə bilər - YENİLİK

“WhatsApp”da artıq böyük fayllar göndərilə bilər - YENİLİK

Aktual

23 Aprel 2024, 18:07

“WhatsApp” yaxınlıqdakı istifadəçilərə öz aralarında fayl göndərmək və qəbul etmək imkanı verəcək funksiya üzərində işləyir.

 

Modern.az-ın məlumatına görə, bu yolla istifadəçilər simsiz şəbəkə üzərindən faylları paylaşa biləcəklər.

 

Şirkət, həmçinin, paylaşılan faylların uçdan uca şifrələnəcəyini açıqlayıb.

 

İstifadəçilər məxfilik və təhlükəsizliyi təmin edərək yaxınlıqdakı başqaları tərəfindən görülüb-görülməmələrinə tam nəzarət edəcəklər.

 

Qeyd edək ki, “WhatsApp” yeni funksiya sayəsində böyük faylları paylaşmağı daha da asanlaşdıracaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok