Modern.az

"Arsenal" "Çelsi"ni darmadağın etdi

Aktual

24 Aprel 2024, 00:59

İngiltərə Premyer Liqasında XXIX turdan təxirə salınmış oyun keçirilib.

 

Modern.az xəbər verir ki, London derbisində "Arsenal" doğma meydanda "Çelsi"ni qəbul edib. Görüş "Arsenal"ın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Qolları Leandro Trossard, Ben Uayt və Kai Hevertz vurub.

 

Bu nəticədən sonra xallarını 77-yə çatdıran "Arsenal" liderliyə yüksəlib. "Liverpul" 74 xalla ikinci, rəqibindən bir xal az toplayan "Mançester Siti" isə üçüncü pillədə qərarlaşıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi